Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Azərbaycanda koronavirus infeksiyası nə zaman zəifləyəcək? – Həkim AÇIQLADI

İstənilən infeksion xəstəliyin profilaktikasında ən vacib faktor vaksinasiyadır. Təbii ki, koronavirus da infeksion xəstəlikdir. Odur ki, vaksinasiya qaydasında tətbiq olunarsa, ölkədə COVID-19 mənzərəsi müsbətə doğru dəyişəcək.
Bu sözləri pulmonoloq-allerqoloq Ramin Nərimandeyib. Həkim qeyd edib ki, insanlar vaksinasiyadan sonra tələb olunan qaydalara riayət etməlidir:
“Vaksinasiya nəticəsində koronavirus infeksiyasının gələcəkdə kifayət qədər sakitləşməsi mümkündür. Çox təəssüf ki, insanlarda vaksinasiya haqqında yanlış təsəvvürlər var. O cümlədən insanlar fikirlərşir ki, vaksinin bir dozasını aldıqdan sonra artıq onlar qorunurlar. Amma qanda qoruyucu antikorlar vaksinasiyanın ikinci dozasından 2-4 həftə sonra istənilən səviyyəyə gəlib çatır. Odur ki, antikorlar yaranana qədər hər kəs əvvəlki qoruma qaydalarına əməl etməlidir. Qanda antikorlar koronavirusdan qoruyacaq səviyyəyə çatandan sonra demək olar ki, sərbəst həyatına davam edə bilər”.
Daha sonra həkim qrip və koronavirus infeksiyalarının fərqini izah edib:


“Epidemioloji şəraitdən gələn tələblər var. Əgər hər hansı xəstəliyin yaratdığı kliniki mənzərə epidemioloji şəraiti yaradan infeksiya ilə eynidirsə, ilk növbədə epidemioloji şəraiti yaradan infeksiya inkar olunmalıdır. Hazırkı dövrdə epidemiologiyanı yaradan Covid-19 infeksiyasıdır və onun əlamətləri qrip virusu ilə eynidir. Bu halda birinci Covid-19 infeksiyası inkar olunmalıdır. Digər tərəfdən hansı infeksiya daha təhlükəlidirsə, o diqqətdə saxlanılmalıdır.
Bilirik ki, Covid-19 qrip infeksiyasından daha təhlükəlidir. Əlamətlər eyni olduğu üçün burun udlaq və ağız udlaqdan yaxma maddəsi götürülür və analizlər nəticəsində müəyyən olunur. Digər tərəfdən əgər Covid-19 infeskiyası təsdiq olunmursa, kliniki əlamətlərə istinad edərək qrip infeksiyasını yoxlamaq olar. Qrip də bir inefksiyadır, immunitetin zəiflətməsinə şərait yarada bilir. Belə olan halda təbii ki, Covid-19 infeksiyasına yoluxmaq və nisbətən xəstəliyin ağır getməsi mümkün ola bilər”. \\Publika.az

Tarix: 29 aprel 2021
Baxış: 278

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş