Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Virusun ağciyərlərə enməsini dayandıran üsul- 3 ucuz vasitə

Türk stomatoloq Aykan Onur Atilla bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVID-19-un 99,1% nisbətində qarşısını aldığını təsdiqləyən klinik araşdırmaların olduğunu söyləyib.
"Pandemiya zamanı insanlar ağız sağlamlığına laqeyd yanaşmamalıdır. Diş klinikalarında lazımi tədbirlər görülür və xəstələrə bununla bağlı müdaxilələr edilir.
Diş həkimi olaraq öyrəndiyimiz ən vacib məsələ özümüzü və xəstələrimizi yoluxucu xəstəliklərdən qorumaqdır. Bu səbəblə pandemiya dövründə ağız boşluğumuzun qeydinə qalmalıyıq.
Bunun üçün hansı tədbirlərin görülməsinin lazım olduğu məlumdur", - stomatoloq bildirib.
"Povidon yod, hidrogen peroksid, xlorgeksidin kimi ilk müdafiə vasitələri ilə virusun ağciyərlərimizə daxil olmasını dayandıra bilərik".
Stomotoloq pandemiya dönəmində xəstələrin daha çox diş sıxılması şikayətləri ilə müraciət etdiklərini deyib:
"Son vaxtlar, əsasən, diş sıxılması və çənə-oynaq narahatlığı ilə klinikamıza müraciət edirlər. Virusun yaratdığı təzyiq insanların dişlərinin sıxılmasına, qulağın ön hissəsində ağrıya səbəb olub. Stomatoloq olaraq bunun üçün müxtəlif tədbirlər görürük.
Çənə oynağının sağlamlığı vacib şərtdir, geri dönülməz bir xəstəlikdir. Bu, stressdən yaranır. Müalicəsi var, önəmli olan müalicəni gecikdirməməkdir".\\ Oxu24
Tarix: 23 aprel 2021
Baxış: 327

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş