Doğum sayını bu üsulla artırmaq istəyirlər - PULSUZ PAYLANILACAQ
Fransada Montro-Fot-Yon komunnasının merı doğum sayının artırılması üçün yeni üslub təklif edib.
Bu barədə Medicina.az xarici mediaya istinadən xəbər verir.
Mer Jan Debozi bildirib ki, yaşayış məntəqəsində cəmi 650 adam yaşayır və doğum sayının az olduğundan burada hər iki məktəb bağlanma təhlükəsi ilə üzləşib.
Bunun qarşısını almaq üçün o, 18-40 yaşlar arasında hər cütlüyə pulsuz "Viaqra” preparatı paylamaq niyyətindədir.
Lakin bu təşəbbüsün maneələri də var. Başlıca səbəb isə Fransada Viaqranın yalnız həkim resepri ilə satılmasıdır.
Tarix: 22 may 2019
Baxış: 476
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş