Britaniyada koronavirusun yeni variantları AŞKARLANDI
Böyük Britaniyada COVID-19-un yeni variantları aşkarlanıb.
İngiltərə İctimai Səhiyyəsinin (PHE) açıqlamasına görə, “araşdırma altında olan” (VUI) statusu verilən və ilk olaraq Hindistanda qeydə alınmış yeni varianta Böyük Britaniyada 77 yoluxma halı məlumdur.
VUI-21-APR-01 kodu verilən həmin variantın E484Q, L452R, P681R kimi bir sıra mutasiyaları da var.
“Təkmil təmas izləməsi də daxil olmaqla İctimai Səhiyyəyə dair hər cür lazımi müdaxilə üsulları işə salınacaq”, - deyə açıqlamada qeyd olunub. \\Publika
Tarix: 16 aprel 2021
Baxış: 300
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş