Koronavirus zamanı tromblaşmanın qarşısını alan SADƏ VASİTƏ – Kardioloqun tövsiyəsi
Koronavirusun ən təhlükəli ağırlaşması damarlar və kapilyarlarda çoxsaylı trombların əmələ gəlməsidir. Tromblaşmanın qarşısını almaq üçün çox sadə vasitədən istifadə edin. Bu adi içməli sudur.
Bu haqda tanınmış rusiyalı kardioloq Mariya Qlezer məlumat verib.
Həkim bildirib ki, koronavirus xəstəsi hər gün 1,5-2 l adi su içərsə, tromblaşmanın riski xeyli azalacaq.
Həkim xəbərdarlıq edib ki, daha çox su içmək lazım deyil ki, bu böyrəkləri yükləyir.
Həmçinin Mariya Qlezer bildirib ki, həkimlə məsləhətləşmədən qanı duruldan preparatları qəbul etmək olmaz. Bu çox təhlükəlidir və ağır fəsadların inkişafına səbəb ola bilər. \\Saglamolun
Tarix: 08 aprel 2021
Baxış: 329
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş