Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Tanınmış həkim koronavirusu bitirməyin yolunu açıqladı: 5 həftə heç kim evdən çıxmasa...

"Bu koronavirusun öhdəsindən gəlmək olarmı? Əlbəttə! Üç həftə heç kəs evdən çıxmır və vəssəlam. Korona bununla da bitir".
Bunu tanınmış həkim Vasif İsmayıl öz Facebook səhifəsində yazıb. O bildirib ki, amma xəstə olanlar var:
 
"Şəkəri olan var, dərman almalıdır. Aptekləri açaq? Onda ümumi 5 həftə deyək. Camaat çörək yeməlidir. Demək dəyirman, çörəkbişirmə zavodları və marketlər işləməlidir. Buna da əlavə 2 həftə, əslində isə çox uzun müddət. Bu hesabla evdə oturaraq bu mərətdən qurtara bilmərik. Hamının nəyəsə ehtiyacı var. Kimiləri məscid istəyir, kimiləri toyxana, kimiləri isə yas məclisi".
 
V.İsmayıl ehtiyacları az da olsa sadələşdirməyi məsləhət görüb:
 
"Toy eləməyin, amma evlənin: 3 manat pul, bir kəllə qənd və bir molla.  Yas verməyin - "Whatsapp" qrupları var, "Allah rəhmət eləsin, ya da başın sağ olsun, qardaş!" yazın. Vəssəlam! Məscid axtarmayın, evinizdə moizə oxuyun. Zəmanə pisdir.  Dişinizi sıxın! Peyvənd təsirli olsa, toyxana da açılacaq, mərasim evi də, məscid də". \\Milli.Az 

Tarix: 03 aprel 2021
Baxış: 322

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş