Böyrəklərə ən çox ziyan vuran 5 AMİL – Tanınmış həkimin SİYAHISI
Tanınmış rusiyalı həkim Aleksandr Myasnikovun sözlərinə görə, hər il dnyada 2 milyondan çox insan xroniki böyrək çatışmazlığından həyatını itirirlər.
Böyrək xəstəlikləri istənilən yaşda inkişaf edə bilər.
Təəssüf ki, bir çox hallarda böyrək xəstəlikləri vaxtında aşkar olunmur və insanlar uzun müddət ərzində onlarda olan xroniki böyrək xəstəliyi haqqında bilmirlər. Xəstəlik isə inkişaf edərək böyrəkləri tədricən “sıradan çıxardır”, böyrək çatışmazlığına səbəb olur.
Myasnikov bildirib ki, böyrəklərə ən çox ziyan vuran, böyrək xəstəliklərinin riskini artıran amillər arasında siqaret çəkmək, duzdan sui-istifadə, ağrıkəsici və antibiotiklərin tez-tez və qaydasız qəbulu, zülalla zəngin olan məhsulların həddindən artıq miqdarda istehlakı və şəkərli diabet xəstələrində şəkərə nəzarətin yaxşı olmamasıdır. \\Saglamolun
Tarix: 02 aprel 2021
Baxış: 477
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş