Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Koronavirusdan sağalanlarda SAÇ TÖKÜLMƏSİ. Səbəblər

COVID–19-a yoluxub sağalmış xəstələrin əksəriyyəti reaktiv saç tökülməsi şikayəti ilə (sanki kimyaterapi alıb) müraciət edirlər.
Sağalandan 4-10 həftə sonra başlayan şiddətli saç tökülməsinə həm cavan, həm də yaşlı xəstələrdə rast gəlinir. Səbəbləri çoxdur:
- Xəstəlik zamanı əmələ gələn güclü intoksikasiya saçlara toksiki təsir göstərir.
- Orqanizm fərqli virusla qarşılaşdıqda güclü streslə qarşı-qarşıya gəlir.
- COVID –19 virusuna yoluxub xəstəliyi ağır keçirən xəstələrə tətbiq olunan antiviral preparatlar, ağır antibiotik kombinasiyaları, antikoaqulyantlar, özünü müalicə metodlarına aid və s. preparatların da yan təsiri güclü saç tökülməsi verir. Trixologiyada “medikamentoz allopesiya” adlanır. Kimyəvi maddələrin təsirindən, hətta anagen tökülmə yarana bilər ki, bu zaman saçlar tökülmə (telogen) fazasına keçmədən inkişaf fazasında (anagen) reaktiv tökülməyə məruz qala bilər. 
- Bütün remissiya vəziyyətində olan autoimmun xəstəliklər kimi, Allopesiya areata (Ocaqlı allopesiya) xəstəliyinin kəskinləşməsinə səbəb ola bilər.
Bütün bu səbəblərdən saçların çox hissəsi inkişaf fazasından (anagen) birbaşa tökülmə (telogen) fazasına keçir və pasiyent şiddətli saç tökülməsi ilə qarşılaşır.
Trixoloq müdaxiləsi vacib və lazımdır. Əks halda psixoloji gərginlik prosesi ikiqat artırır. \\Saglamolun

 
 

Tarix: 29 mart 2021
Baxış: 382

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş