Güclü immun sistemi insanı istənilən virus, mikrob və digər ziyanlı agentlərdən müdafiə edə bilir. Lakin bunun üçün immuniteti daim yüksək səviyyədə saxlamaq lazımdır.
Sağlam qidalanma, yaxşı yuxu, fiziki aktivlik, stressə davamlılıq – immuniteti yüksək səviyyədə saxlamağa yardım edən əsas amillərdir.
Xalq təbabətində də immun sistemini gücləndirmək üçün müxtəlif vasitələr mövcuddur.
Oxucularımızı immuniteti stimullaşdıran otlarla tanış edirik:
1. Exinaseya bitkisi immun sisteminin hüceyrələri olan faqositlərin aktivliyini artırır. Faqositlər orqanizmə düşən mikrob və digər yad hissəcikləri “udur” və zərərsizləşdirir. Exinaseya stafilokokk, streptokokk, qripp və herpesə qarşı təsirlidir.
2. Çəhrayı rodiola təbii immunostimulyatordur, orqanizmi soyuqdəymə xəstəliklərinə qarşı daha davamlı edir. Yüksək təzyiqdən əziyyət çəkənlər bu bitkidən istifadə etməməlidir – rodiola təzyiqi qaldırır.
3. Qoz yarpaqları orqanizmi yaxşı tonuslaşdırır, möhkəmləndirir, iltihabları azaldır.
4. Reyhan da immun sistemini möhkəmləndirmək xüsusiyyətə malikdir.
5. Aloe orqanizmə yaxşı stimullaşdırıcı təsir edir, maddələr mübadiləsini sürətləndirir, orqanizmə antibakterial və iltihab əleyhinə təsir edir.
Bu otları dəmləmələr şəklində istifadə etmək olar. Həmçinin apteklərdə exinaseya, rodiola, aloe əsasında çoxlu sayda preparatlar satılır – həblər, tinkturalar və s. \\Saglamolun