COVID-19 bu xəstəliyin şiddətlənməsinə SƏBƏB OLA BİLƏR
Həkim və teleaparıcı Aleksandr Myasnikov hesab edir ki, Rusiyada koronavirus pandemiyası səbəbindən vərəm daşıyıcılarının sayı arta bilər.
Həkim Rusiyadakı vəziyyətin Avropa ölkələri və Amerika ilə müqayisədə pis olduğunu bildirib.
"Əhalinin hər 100 min nəfərindən 60-100-ü xəstədir, bir çox ölkədə isə bu göstərici 10-a yaxındır. Dərmanlar vərəmlə mübarizədə həmişə kömək etməyə bilər, vəziyyət mürəkkəbdir, çünki antibiotikə qarşı müqavimət yaranır.
COVID-19-un ağciyərlərdə ağır nəticələr verdiyi də məlumdur. Bu, gələcəkdə vərəmin diaqnozu və müalicəsinin effektivliyinə təsir edəcək", - Myasnikov əlavə edib./Publika.az
Tarix: 22 mart 2021
Baxış: 297
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş