Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bayram günlərində SAĞLAM QİDALANMA

Təbii ki gündəlik kalori tələbatı, yaş həddinə, maddələr mübadiləsinə və fiziki aktivliyin səviyyəsinə görə dəyişir. Ümumiyyətlə, orta hesabla tövsiyə olunan gündəlik kalori qəbulu qadınlar üçün gündə 2000 kalori, kişilər üçün 2500 kaloridir. Amma, bayram və istirahət günlərində süfrənin bol olması və həddindən artıq qidalanma normadan artıq kalorinin alınmasına səbəb olur.
İstirahət günlərində insanlar təbii olaraq iş yorğunluğunu atmaq üçün və istirahət etmək məqsədilə yeməyə üstünlük verirlər ki, bu da çox yeməyin nəticəsində sağlıqla bağlı müəyyən problemləri ortaya çıxara bilər. Ümumiyyətlə, bayram günlərində süfrənin bol nemətlərlə bəzədilməsi insanların iştahasını artıraraq normadan artıq qidalanmağa səbəb olur. Sağlam qidalanma prinsipinə uyğun olaraq, bayram süfrəsində olan yeməkləri qatıb qarışdırmaq olmaz. Çünki, qidaları qarışdırdıqda insan ağırlaşır və fiziki hərəkət etməyə də həvəsi qalmır. Bu da öz növbəsində obeziteye səbəb olur və müxtəlif sağlıq problemlərini ortaya çıxarır.
Bayram süfrəsində milli mətbəximizin ləziz təamlarından dadmaq lazımdır, amma süfrə mədəniyyətini və qida rasionunu nəzərə alaraq. Milli mətbəximizin inciləri olan plov, dolma, balıq ləvəngisi, kabab və s. istehlak etdikdə norma həddini aşmadan fasilə ilə istehlak edilməsi məqsədəuyğundur. Bəzən insanlar plov ilə yanaşı çörəkdə istehlak edir və ya yeməkdən dərhal sonra bayram şirniyyatlarıda istehlak edirlər ki bu da öz növbəsində mədədə ağırlıq, həzm sisteminin pozulmasına və obeziteye səbəb ola bilər. Bu arada, fiziki aktivliyi də unutmaq olmaz, gündəlik yürüş və idmanla məşğul olmaqda da fayda vardır ki bu da aldığımız kalorini enerji olaraq sərf etməyimizə yardımçı olacaq. Sağlam qidalanmada yuxu rejiminə də diqqət etmək lazımdır, gec yatmaq çox acımağa, acımaq da çox yeməyə səbəb olur və bununda sağlamlığa qarşı təbii olaraq fəsadları qaçılmazdır. Ümumiyyətlə, yemək saatı yatmamışdan 4 saat əvvəl bitməlidir. İstirahət günləri bitdikdə işimizə sağlam qayıtmaq üçün sağlam qidalanmaq, fiziki aktivliyə və yuxu rejiminə diqqət etmək vacibdir.

Ağa Salamov / Qida Texnoloqu


Tarix: 22 mart 2021
Baxış: 9395

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş