Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Vitamin C çatışmazlığının acı fəsadları- Necə müalicə olunmalı?

Vitamin C çatışmazlığının acı fəsadları tarixə çoxdan məlumdur. 17-19-cu əsrlər arası kəskin Vitamin C çatışmazlığı nəticəsi olan sinqa xəstəliyindən 1 milyondan çox dənizçi həlak olmuşdur.Damar divarlarının keçiriciliyinin yüksəlməsi, əsasən diş ətindən qanaxma ilə xarakterizə olunan bu xəstəliyin səbəbi uzun illər tapılmamış və əsasən pnevmoniya ilə ağırlaşdığına görə infeksion mənşəli olduğu düşünülmüşdür. Yalnız 1932-ci ildə Vitamin C-nin sinqaəleyhinə təsiri aşkarlanmışdır.

➡️ Damarların vacib struktur komponenti olan kollagen sintezi məhz Vitamin C iştirakı ilə getdiyindən onun qıtlığı bu simptomlara səbəb olmuşdur. Daha sonra Vitamin C-nin tək kollagen sintezi deyil, həmçinin, baqşa həyati vacib funksiyaların iştirakçısı olduğu məlum olmuşdur.

Orqanizmdə ümumilikdə 150-dən çox metabolik funksiyada vacib rol oynayır.

➡️ Onlardan biri də immun hüceyrələrin yaranması və optimal fəaliyyətidir.


???? Bu məqsədlə pandemiya dövründə ABŞ-da, Finlandiyada, Çində, Türkiyədə virusla mübarizədə uğurlu nəticələr vermiş Yüksəkdozalı Vitamin C tövsiyə olunur.☑️

Venadaxili Yüksəkdozalı Vitamin C həmçinin, ölkəmizdə də bir çox xəstələrə istifadə olunmuş və arzuolunan nəticələr əldə olunmuşdur.
Risk qrupunda olan insanlar (şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri və s) Yüksəkdozalı Vitamin C infuziyalarından istifadə edərək, özlərini daim rast gəlinən viruslardan qoruya bilərlər. ????

❗Əks - Göstərişlər:


✓ Tromboflebit, tromboza meyillik
✓ Böyrək daşı xəstəliyi
✓ Qlükoza 6-fosfatdehidrogenaza çatışmazlığı
✓ Preparatın komponentlərinə qarşı yüksək həssaslıq
✓ 12 yaşdan aşağı uşaqlar
✓ Hamilə və laktasiya dövründə olan qadınlar

Tarix: 18 mart 2021
Baxış: 367

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş