Koronavirusa yoluxanların beyni 10 il qocalır - Sizdə bu əlamətlər varsa...
COVID-19-a yoluxanların bəzilərinin beyinləri 10 il yaşlanır.
London İmperial Kollecində aparılan araşdırmalara əsasən, bu cür xəstələr hətta aylar sonra yaddaş pozğunluqları yaşaya bilirlər.
Virusdan sağalan şəxslərdə həmçinin diqqət, adaptasiya probleminin ortaya çıxdığı bildirilir. Bununla yanaşı, qeyd edilib ki, yüksək xolesterol, ürək xəstəlikləri, qan təzyiqi və diabet beyni yoran xəstəliklərdir. Beynin zərər görməsi nəticəsində parkinson, alzheimer kimi xəstəliklər yaranır.
Tədqiqatçıların fikrincə, beyin yorğunluğunun ilkin əlamətləri bunlardır:
•Əvvəllər qısa müddətdə edilən işi görməkdə çətinlik çəkmək və ya müddətin uzanması
•Eyni vaxtda birdən çox işi idarə etməklə bağlı problemin olması
•Önəmli tarixlərin unudulması
•Gün ərzində yorğunluq və yuxulu olmaq
•Hobbilərə qarşı daha az maraq və motivasiya
•Sadə məlumatı, bilgini xatırlamaqda çətinlik çəkmək \\Sfera.az