"Vətəndaş ikinci dozanı vurdurmasa..." - XƏBƏRDARLIQ
Vətəndaş ikinci dozanı vurdurmasa, birinci dozanın əhəmiyyəti itəcək.
Gender.az xəbər verir ki, bunu trend-in sualına cavab olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, immunitetin effektli olması üçün vətəndaş hər iki dozanı vurdurmalıdır:
“İnsan bədənində əhəmiyyətli immunitetin yaranması üçün vaksinin hər iki dozası vurulmalıdır. Yalnız biri vurularsa, bu, əhəmiyyətini itirmiş olacaq".
T.Eyvazov qeyd edib ki, vətəndaş ikinci dozanı 28 gün ərzində vurdurmalıdır: "Az müddət keçəndən sonra da vurdura bilər, ancaq çox ara verilərsə, o zaman yenidən birinci doza vurulmalıdır".
Tarix: 17 mart 2021
Baxış: 321
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş