Gecə yatmazdan əvvəl smartfonda qurdalanmağı sevirsən? Alimlərin sənə pis xəbəri var!
İnsan bədəni sutkalıq bioritmlərə tabedir. Onlar sənə gecə yatmaqda və səhər durmaqda kömək edir.
Alimlər bu qənaətə gəliblər ki, smartfonun işığı bizim beynimizi çaşdıra bilər: onun işığı o qədər gurdur ki, beyin hər ehtimala qarşı yuxuya cavabdeh olan melatonin hormonunun istehsalını dayandırır.
Bu isə növbəti problemlərə yol açır.
1.Melatonin ifrazının pozulması sistematik yuxu pozuntusuna gətirib çıxarır. Bu smartfona baxmadıqda və yataqda uzandığın yerdə də baş verə bilər.
2. Yuxunun pozulması koqnitiv fəaliyyəti aşağı salır. Bir sözlə, sən yeni məlumatı daha gec qavrayırsan. Fikrim sənə çatdı?
3. Melatonin səviyyəsi aşağı olan insanlar depressiyaya meyillidir, çünki bu hormon yaxşı hal-əhvala cavabdeh olan serotoninlə bağlıdır.
4. Melatonin ifrazının pozulması ilə aclıq hissinə cavabdeh hormonlar da sıradan çıxır. Nəticə isə hamıya bələddir: soyuducuya qarşı törədilən gecə hücumları və cinsin bağlanmayan düyməsi...
5. Melatonin ifrazında yaranan problemlə bağlı yuxunun pozulması ilə prostat və ağ ciyər xərçənginin oluşması riski arasında bağlantı var. İlk baxışdan görünmür, amma adam yoxlanmağa da qorxur.\\Gent.az