Yeni tip koronavirusun 31-ci növü AŞKARLANDI
Danimarkada yeni tip koronavirusun (Covid-19) 31 fərqli növünə rast gəlinib.
Bu barədə ölkənin səhiyyə naziri Maqnus Hönike (Magnus Heunicke) sosial media hesabından verdiyi məlumatda bildirib:
“Son günlər Danimarkada “Covid-19”un daha 15 fərqli növünə rast gəlinib. Beləliklə, ölkədə indiyə qədər korona virusunun 31 fərqli növü aşkarlanıb.”
Bundan əvvəl Danimarkada İngiltərədə ortaya çıxan, “Covid-19”un mutasiyaya uğramış daha sürətli yayılan növü B-117, Cənubi Afrikada olan B-1351 və Braziliyada görünən P-1 növlərinə rast gəlinmişdi.
Qeyd edək ki, Danimarkada “Covid-19”dan həyatını itirənlərin sayı 2379, yoluxma sayı isə 214 min 839-a yüksəlib. \\Publika
Tarix: 08 mart 2021
Baxış: 328
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş