Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Şəkərli diabetin qeyri-adi SİMPTOMU

2-ci tip şəkərli diabetin səbəbi mədəaltı vəzi tərəfindən insulin hormonunun ifrazında pozulma və hüceyrələrin bu hormona olan həssaslığının azalmasıdır. Bunun nəticəsində şəkərin hüceyrələrə daxil olması prosesi pozulur və şəkər qanda yığılmağa başlayır.
Şəkərin qanda yüksək səviyyədə olması çox təhlükəlidir və orqanizmə ciddi ziyan vurur, bir çox orqanları (xüsusilə sinirləri, böyrəkləri, damarları, gözləri) zədələyir.
Medical News Today portalının ekspertləri bildirirlər ki, “kontrol və ya müalicə olunmayan diabet qanda şəkərin çox yüksək səviyyəyə qalxmasına səbəb olur ki, bu da qan damarlarını zədələyir. Nəticədə qan dövranı pozulur, hüceyrələr onlara lazım olandan daha az miqdarda oksigen və qidalı maddələri alır. Belə defisit saç follikullarına da təsir edərək saçların tökülməsinə səbəb ola bilər”.   
Medical News Today portalının ekspertləri saçların səbəbsiz tökülməsini müşahidə edən insanlara qanda şəkəri yoxlamağı tövsiyə edirlər.
Mütəxəssislər xəbərdarlıq edir ki, diabet uzun müddət ərzində gizli inkişaf edə bilir. Bu səbəbdən həkimlər ildə ən azı 1 dəfə profilaktik olaraq qanda şəkərin səviyyəsini yoxlamağı tövsiyə edirlər.  \\Saglamolun
 
Tarix: 02 mart 2021
Baxış: 329

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş