Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Xərçəngin 5 az bilinən SİMPTOMU

Təəssüf ki, xərçəng bir çox hallarda gizli inkişaf edir, simptomları qeyri-spesifik olur və bu səbəbdən xəstəlik gecikmiş mərhələlərdə aşkar olunur. Bu isə xəstəliyin proqnozunu xeyli pisləşdirir.
Xərçəng nə qədər tez aşkar olunarsa, müalicəsi də bir o qədər effektli olur. Bu səbəbdən mütəxəssislər xüsusilə yaşı 40-dan çox olan insanlara, irsiyyətdə xərçəng xəstəlikləri olanlara öz sağlamlığına qarşı daha diqqətli olmağı və şübhəli, “izah olunmayan” simptomları gördükdə dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.
Almaniya onkoloqları xərçəng xəstəliyinin bəzi az bilinən simptomları haqqında məlumat veriblər. Bu simptomlar arasında:
- udmanın çətinləşməsi, boğazda yad cisim hissi. Bu qida borusu xərçənginin simptomu ola bilər.
- göz qapaqlarının aşağı enməsi. Bu simptom ağciyər xərçəngi zamanı inkişaf edə bilər.
- səsin xırıltılı olması. Bu qırtlaq xərçənginin simptomu ola bilər.
- qarının tez-tez səbəbsiz köpməsi – qadınlarda yumurtalıq xərçənginə və həmçinin qaraciyər və bağırsaq xərçənginə işarə edə bilər.
- sidiyin rənginin tündləşməsi. Bu simptom məsəaltı vəzi və qaraciyər xərçənginə işarə edə bilər. \\Saglamolun

Tarix: 23 fevral 2021
Baxış: 357

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş