Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İnsanı öldürə bilən 6 qida - Siyahıda badımcan da var

İlk baxışdan dadlıdır, faydalıdır, əslində isə təhlükəlidir. Biz bu riski bilmədən bu qidaları yeyirik.
 
İnsanı öldürə bilən qidaları təqdim edirik. Onlarla ehtiyatlı olun.

 
 
1. Coprinus göbələyi – şampinyonlara daxil bir növdür. Çox təhlükəlidir. Onu qızardıb, bişirib alkoqolla birlikdə yedikdə, öldürücü olur. Nəinki onu yeyən adam, hətta alkoqolun buxarından yanındakı adamlar da zəhərlənə bilər.
 
 
2. Qırmızı acı bibər - əslində uzunömürlülük qidasıdır. Mədə-bağırsaq traktında göbələkləri, bakteriyaları öldürür, damarları açır, saçlara maska olunur. Lakin müntəzəm və çox miqdarda qəbul etmək ürək tutması yaradır. İstiot sinir neyronlarını qıcıqlandırır, bu zaman orqanizm bu prosesi təhlükə kimi qəbul edib, müdafiə sistemini işə salır. Nəticədə orqanizm kəskin reaksiya verir. Həddən artıq yemək qocalıq ağıl kəmliyini yaradır, demensiyaya olmaz.
 
 
3. Biyan kökü (solodki) – öskürəyin, soyuqdəymənin dərmanıdır. O da qəfil ölümə səbəb ola bilər. Məsələn, ABŞ-da bir kişi biyan köklü marmelad yedikdən sonra ölmüşdü.
 
Marmelad qanda kaliy miqdarını kəskin azaldıb. Biyan kökünü digər kaliy azaldan dərmanlar, sidikqovucularla birgə içmək olmaz. Həddi aşdıqda, əzələlərdə ağrı, təzyiq qalxması, ürəkdə problem, şişkinlik əmələ gələ bilər. Eləcə də hamilələrdə düşüklərə səbəb olur. Biyan kökü qəbulundan dozaya diqqət edin.
 
 
 
4. Kəndəlaş giləmeyvəsi (buzina) – ondan müxtəlif içkilər, mürəbbə, kompot və dərmanlar, siroplar hazırlanır.
Tam yetişməmiş, kal, bərk kəndəlaş sianid kimi toksiki maddə ilə doludur. İnsafsız satıcılar çox zaman onu yetişməmiş yığır və ya qarışdırıb satır. Bu giləmeyvədən uşaqlar, hamilələr, yaşlılar ani zəhərlənib, ölə bilər.
 
5. Badımcan – tam yetişmişi solanin ilə zəngindir. Faktlar var ki, çiy badımcanı yeyən insan ölüb. Ona görə badımcan mütləq termiki işləmədən keçməlidir. Əgər badımcandan zəhərlənmə baş veribsə, xəstəyə təcili çoxlu süd içirtmək və xəstəxanaya çatdırmaq lazımdır. Badımcanı təhlükəsiz vəziyyətə gətirmək üçün qabığı soyulmalı, 20-30 dəqiqə duzlu suda isladılmalıdır. Acılığı getməlidir.
 
 
6. Osminoq (dəniz məhsulu) – az miqdarda, düzgün bişirilmiş halda yemək təhlükəsizdir. Amma birdən turist kimi getdiyiniz ölkədə diri osminoqun hətta kiçik bir hissəsini yesəniz, mədənizə gedənə kimi heyvan sağ qalmaq uğrunda çarpışacaq. Bu hissəcikdə tikan kimi iti uclar var. Onlar tənəffüs yollarını sıxıb, insanı öldürə bilər. \\Medicina
 
 

Tarix: 18 fevral 2021
Baxış: 336

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş