Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İdeal təzyiq neçə olmalıdır – Məşhur kardioloqdan MƏSLƏHƏT

Rusiya Səhiyyə Nazirliyinin baş kardioloqu Sergey Boyçov orqanizm üçün ideal və optimal təzyiz göstəricilərini açıqlayıb.
 
Həkim qeyd edib ki, insan 160/100 təzyiqlə özünü heç vaxt normal hiss edə bilməz. Nə qədər bunu bildirməsə də, hiss etməsə də bütün orqan və sistemlər bu yüksəklikdə təzyiqdən əziyyət çəkir.
 
İnsult və infarkt riski də həmişə 160-dan yuxarı göstəricilərdən başlayır.
 
Qansızma və ürək dayanmasından qorxmadan yaşamaq və əmin olmaq üçün təzyiq 140/90-dan yuxarı göstərməməlidir.
 
İdeal isə 130/80 təzyiqdir. Müasir insan əgər 35-40 yaşdan sonra bu təzyiqi saxlaya bilsə, rahat ola bilər. Bu rəqəmi əldə etmək üçünsə həkimin təyin etdiyi dərmanı hər gün vaxtında qəbul etmək lazımdır.
 
“Eləcə də qadınlar da, kişilər də bel hissənin piylənməsinə yol verməməlidir. Belin ölçüsünin kritik həddi kişilərdə 102 sm və yuxarı, qadınlarda 90 sm və yuxarıdır. Əgər bel çevrəniz bu ölçüyə çatıbsa, təcili onu azaltmağa çalışın”. \\Medicina

Tarix: 16 fevral 2021
Baxış: 361

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş