- Az-az və tez-tez (gündə 5-6 dəfə) yemək yemək.
- Acı, yağlı və qızardılmış yeməklərdən, spirtli içkilər, turş və qazlı içkilərdən, sarımsaq, çiy soğan, şokolad, qəhvə, tünd çay qəbulunu məhdudlaşdırmalı
- Yeməkdən sonra əyilib iş görməmək
- Axşam yeməyini yatmazdan 2-3 saat əvvəl qəbul etmək
- Çarpayının baş hissəsini 10 sm qaldırmaq
- Qarın nahiyəsini kəmərlər, korset və bandajlar sıxmamaq
Reseptlər
Kartof şirəsi:
1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarımsaat əvvəl qəbul edilir.
Toxum qarışığı:
Bərabər miqdarda razyana, bostan şüyüdü, cirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, hər gün 1-2 stəkan süzülmüş dəmləmə kiçik qurtumlarla içilir.
Bitki qarışığı:
Hərəsindən 1 xörək qaşığı dazıotu, bağayarpağı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə 2 stəkan qaynar su əlavə edilərək 2 saat dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə yeməkdən əvvəl yarımstəkan qəbul edilir. (milli.az)