Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bizdə geniş istifadə olunan, lakin xaricdə qadağan olan 9 DƏRMAN

Keçmiş SSRİ respublikalarında istifadə olunan bəzi dərmanlar xaricdə nəinki istifadə olunmur, hətta qadağandır.
Rusiya Tibbi-Sosial İnformasiya agentliyinə (Российское агентство медико-социальной информации) bu dərmanların siyahısını təqdim edir:
- Aktovegin
Preparat iribuynuzlu heyvanların qan və toxumalar əsasında hazırlanır, bəzi beyin xəstəlikləri, yara, yanıq və trofiki xoraların müalicəsində istifadə olunur. ABŞ, Kanada, Qərbi Avropa, Avstraliya və bəzi digər ölkələrdə qadağandır.
- Arbidol
Rusiya və həmçinin digər keçmiş SSRİ respublikalarında (və o cümlədən Azərbaycanda) çox geniş istifadə olunan virus əleyhinə preparatdır. Koronavirus pandemiyası zamanı həkimlər tərəfindən xəstələrə tez-tez təyin olunurdu. Lakin Qərbi Avropada və bir çox digər ölkələrdə bu preparatın effektivliyinə inannmırlar və xəstələrə təyin etmirlər. ABŞ-da isə arbidol ümumiyyətlə dərman kimi qeydiyyatdan keçməyib.    
- Riboksin
Ürək xəstəlikləri, infarkt, qaraciyər sirrozu, mədə xorası zamanı istifadə olunur. ABŞ-da bu dərmanın istifadəsi qadağandır.
- Meksidol
Rusiya, Belarusiya və bir neçə keçmiş sovet respublikasında qeydiyyatdan keçib. Effektivliyi tibdə sübut olunmayıb.
- Anaferon
Qripp, kəskin respirator-virus xəstəlikləri zamanı istifadə olunur. Effektivliyi sübut olunmayıb.
- Korvalol
Tərkibinə psixotrop maddə olan fenobarbital daxildir. Bu səbəbdən ABŞ və bəzi Avropa ölkələrində qadağandır.
- Kaqosel
Virus əleyhinə preparatdır. Effektivliyi sübut olunmayıb. Qərbi Avropa və ABŞ-da istifadə olunmur.
- Analgin
Postsovet məkanında və o cümlədən Azərbaycanda ağrıkəsici kimi geniş istifadə olunur. Lakin bu preparatın çox ciddi yanaşı təsiri var. Analgin qanın tərkibinə mənfi təsir edir, leykositlərin səviyyəsini aşağı salır. Bu səbəbdən bir çox xarici ölkələrdə analgin qadağandır.
- Sitramon
Rusiya və bəzi postsovet ölkələrindəndən başqa heç yerdə istifadə olunmur. \\Saglamolun.az 

Tarix: 10 fevral 2021
Baxış: 374

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş