Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Uşaqlarda iştahsızlıq və yuxusuzluğun az bilinən səbəbi - Valideynlər, DİQQƏT

Uşaqlarda iştahsızlıq, yuxusuzluq, yaddaş problemi və davranış pozuntularının səbəblərindən biri də serotonin hormonunun aşağı səviyyədə olmasıdır.
 
Uşağın aqressiv davranışları, qəzəbli olması, altını islatması, qarın ağrısı və mədə bulanması kimi simptomlar belə xoşbəxtlik hormonunun yetərincə olmaması deməkdir.
 
Bəs valideynlər serotonin səviyyəsinin yüksək olması üçün nə etməlidir?
 
Həkimlər qeyd edirlər ki, bunun üçün ilk öncə təzyiqin və şiddətin olmadığı ailə ortamı lazımdır. Çünki xoşbəxt olmayan ailə ortamı uşağın davranışına da mənfi təsir edər.
 
Bunlarla yanaşı, sağlam qidalanması və yuxusu, idmanla məşğul olması, günəşlə birlikdə yetərincə aldığı D vitamini də serotonin səviyyəsinin yüksəlməsinə kömək edə bilər. Amma serotonin bəsləyən ən güclü qida “sevgi və güvən”dir. \\Medicina

Tarix: 08 fevral 2021
Baxış: 305

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş