Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Xərçəngin UNİVERSAL SİMPTOMLARI

Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xərçəngin “universal” simptomlarını sadalayıb.
Həkimin sözlərinə görə, səbəbsiz keçməyən güclü yorğunluq xərçəngin erkən simptomlarından biri ola bilər.
Həmçinin həkim bildirib ki, insan pəhriz saxlamadan və qidalanmada heç bir dəyişiklik etmədən arıqlayırsa, bu da orqanizmdə onkoloji xəstəliyin inkişafına işarə edə bilər.
Onkoloqun sözlərinə görə, soyuqdəymə ilə bağlı olmayan qızdırma, uzunsürən, keçməyən öskürək, qanaxma (sidik yollarından, uşaqlıqdan, nəfəs yollarından və s.) kimi simptomlar da xərçəngin inkişafına işarə edə bilən simptomlardır. \\Saglamolun

Tarix: 06 fevral 2021
Baxış: 320

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş