Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Koronavirusun 7 yeni simptomu AŞKARLANDI

Böyük Britaniyada koronavirusun üç klassik əlamətindən (yüksək hərarət, öskürək, iybilmə və dadbilmə hisslərinin itirilməsi) fərqli simptomlar müzakirə mövzusuna çevrilib. Hazırda bu ölkədə koronavirusun mutasiyaları prosesinin fəallaşması müşahidə olunur, Britaniya ştammına və onun Cənubi Afrika variantına yoluxma hallarının artması qeydə alınır.
 
Mütəxəssislər bildirirlər: “İnsanların yalnız Britaniya Milli Səhiyyə Xidməti tərəfindən qeyd edilmiş üç simptom – yüksək hərarət, yeni, fasiləsiz öskürək, həmçinin iybilmə və dadbilmə hisslərinin itirilməsi əlamətləri barədə məlumatlı olması təhlükəsi artır. Belə məhdud yanaşma ciddi səhvdir, çünki insanlar özünütəcrid rejiminə keçmək əvəzinə özləri də bilmədən virusu yaya, özlərini və başqalarını yoluxdura bilərlər”.
 
Bundan əlavə, mütəxəssislər koronavirusun klassik əlamətləri çərçivəsindən kənara çıxan yeddi mümkün simptomu göstəriblər. Həmin əlamətlər bədəndə ümumi ağrı, boğaz ağrısı, diareya, konyunktivit, başağrısı, dəridə səpmə, əl və ya ayaq barmaqlarının rənginin dəyişməsidir.
 
Məlumata görə, 140-dan çox britaniyalı həkim səhiyyə xidmətini COVID-19 xəstəliyinə yoluxma hallarının təyin edilməsi üçün simptomların rəsmi siyahısını yeniləməyə çağırıblar. Onlar Londondakı Kraliça Mariya Universitetinin ilkin tibbi-sanitariya yardımı kafedrasının fəxri baş müəllimi doktor Aleks Soxal tərəfindən tərtib edilmiş açıq məktubu imzalayıblar.
 

Məktubda koronavirusa yoluxma əlamətlərinin rəsmi siyahısına aşağıdakı yeddi fiziki dəyişmənin daxil edilməsi tövsiyə olunur. Bunlar zökəm, burunun tutulması, boğaz ağrısı, başağrısı, ümumi yorğunluq, xırıltılı səs, əzələ ağrısıdır. \\Medicina


Tarix: 05 fevral 2021
Baxış: 313

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş