Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Yüksək xolesterindən necə şübhələnmək olar? 3 ƏLAMƏT

Təəssüf ki, yüksək xolesterin özünü heç bir simptomla büruzə vermir və ilk belə simptom infarkt ola bilər.
Bu səbəbdən həkimlər 1-5 ildən bir (risk qrupları - 1, digərləri - 5 ildən bir) profilaktik olaraq xolestertinin səviyyəsini təyin etməyi tövsiyə edirlər. Yüksək xolesterinin riski bu qrup insanlarda daha çoxdur:
 

- uzun müddət ərzində hamiləlik əleyhinə həbləri qəbul edən qadınlar
- menofasilə (klimaks) dövründə olan qadınlar
- 35 yaşdan sonra kişilər
- irsi meylliliyi olanlar
- şəkərli diabet və hipotireoz (qalxanvari vəzi xəstəliyi) xəstələri
- piylənmədən əziyyət çəkənlər
- ziyanlı vərdişləri olanlar.
Yüksək xolesterin ateroskleroza səbəb olur. Ateroskleroz zamanı artıq xolesterin damarlarda yığılaraq onların mənfəzini daraldır, damarların elastikliyini pozur, damarları sərt edir. Belə damarların partlaması, tam tutulması riski çox yüksəkdir ki, bu da öz növbəsində infarkt və insultun inkişafına gətirib çıxardır.
Oxucularımızı yüksək xolesterindən şübhələnməyə əsas verən 3 simptomla tanış edirik:
- ürək nahiyəsində ağrılar (ürək damarlarının daralması nəticəsində)
- əvvəl fiziki yükləmələr, idman, sonra isə hətta adi yerimə zamanı ayaqlarda ağrılar, səbəbsiz axsama
- göz qapaqlarında sarı ləkələr.
Sizdə bu simptomlardan biri varsa, həkimə müraciət edin və qanda xolesterinin səviyyəsini təyin edin.
Xolesterinin optimal səviyyəsi – 5 və bundan az mmol/l.
Orta dərəcə - 5-6 mmol/l.
Təhlükəli dərəcədə yüksək xolesterin - 7,8 mmol/l.
Əgər sizdə yüksək xolesterin aşkar olunarsa, həkim müalicə və pəhriz təyin edəcək.  \\Saglamolun

Tarix: 02 fevral 2021
Baxış: 280

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş