Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Mutasiyaya uğramış koronavirus uşaqlar üçün daha təhlükəli və öldürücüdür? - AÇIQLAMA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiya olunmuş versiyasının yayılması genişlənir.
Türkiyədə də koronavirusun yeni mutasiyasına yoluxanların sayı sürətlə yayılır. Səhiyyə naziri Fahrettin Koca artıq ölkənin 17 şəhərində 128 nəfərdə koronavirusun İngiltərədə aşkar edilən növünün tapıldığını bildirib.
Bəs koronavirusun yeni mutasiyasından necə qorunmaq lazımdır?
Gender.az bildirir ki, məsələ ilə bağlı AZXEBER.COM-a danışan professor Adil Qeybulla bildirib ki, ölkəmizdə vaksinasiya vurulmasına ciddi yanaşılsa, yeni növ infeksiyanın elə də təhlükəsi olmayacaq: "Yeni növ infeksiyanın yoluxma potensialı yüksək olsa da, öldürücülük qabiliyyəti digərlərindən elə də yüksək deyil. Həm də bizdə vaksinasiya prosesi başlanılıb. Ancaq vaksinasiyanın əleyhinə çox güclü təbliğat gedir. İnsanlarda qeybət mədəniyyəti çox yüksəkdır. Hətta falçıların belə dedikləri boş şeylərə inanırlar. Həkimlərə inanmamaq bizim əsas problemimizdir. İnsanlar vaksinasiyaya şübhə ilə yanaşırlar. Koronavirusdan ölmək yaxşıdır, yoxsa vaksinasiya olunmaq?
Qısa müddətdə kollektiv immunitetə nail olmaq üçün peyvənd vurulmalıdır. Ondan sonra yeni infeksiyanın ölkəmizə gəlməsinin elə də əhəmiyyəti olmayacaq. Əgər vaksinasiyanı düzgün qiymətləndirməsək əlavə problemlərlə üzləşə bilərik”.
Koronavirusun yeni mutasiya olunmuş versiyasının uşaqlar üçün daha təhlükəli və ölümcül olması xəbərlərinə gəlincə, professor ortada real faktların olmadığını qeyd edib: "Bu deyilənlər sübuta yetirilməyib. Sadəcə kimlərsə tərəfindən deyilir. Hansısa real fakt yoxdur”.

Tarix: 01 fevral 2021
Baxış: 312

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş