Xəbər lenti
Reklam
Şostakovskiy balzamı – Həkimlərin unutduğu Möcüzə
Daha çox xarici istifadə üçün tətbiq olunan Vinilin adı ilə istehsal edilən Şostakovski balzamı yara və xoraların müalicəsi üçün effektiv məlhəmlərdən biridir. Amma nədənsə həkimlər bu dərmanı çoxdan unudub və görməzdən gəlir.
Hətta irinli haymoriti belə müalicə edə biləcək balzam haqqında məlumatı təqdim edirik.
Rəsmi annotasiyasına görə, Vinilin aşağıdakı xəstəliklərdə istifadə oluna bilər:
-İrinli yaralar, xoralar, furunkul, donvurmada, mastit, kəsik, trofiki xoralar, dəridə iltihabi proseslər, dermatitlərdə - xarici olaraq çəkilir.
-Daxilə qəbul. Kolit, mədə-bağırsaq xoraları, eroziv qastritdə 5-10 ml qəbul olunur. Təbii ki, həkimlə məsləhətləşdikdən sonra.
-Mikroklizma vasitəsi kimi. Ağır forma dizenteriya, parazitar xəstəliklər, bağırsaq problemlərində imalə olunur.
-Ağız yaralarında, stomatitdə.
-Angina və badamcıq iltihabında boğaza çəkilir.
-Haymorit, rinit, burun iltihabında burun kanallarına tampon kimi qoyulur.
-Daban çatlarında yara təmizləyici, dezinfeksiyaedici təsir göstərir
-Dərman vasitəsini xüsusən axşam yatmazdan öncə lazım olan nahiyəyə bol tətbiq edirlər. \\Medicina.az
 
Tarix: 04 mart 2019
Baxış: 447

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş