Xəbər lenti
Reklam
Koronavirus səbəbindən ürək-damar xəstəlikləri GENİŞ VÜSƏT ALACAQ

Koronavirusun insan ürəyində və damar sistemində yaratdığı fəsadlar nəticəsində qarşıdakı illərdə ürək xəstəlikləri geniş vüsət alacaq və xeyli sayda ölümlərə səbəb olacaq.
Belə bir qənaət “Circulation” nəşrində dərc edilmiş elmi tədqiqatların birində ortaya qoyulub.
“Çox güman ki, koronavirus 2020-ci ildə insan ölümünün üç ən çox səbəbindən biridir. Bizim ehtimalımıza görə, qarşıdakı bir neçə il ərzində koronavirus ürək və damar xəstəliklərinin artmasını birbaşa və ya dolayı yolla şərtləndirəcək”, - deyə tədqiqatın müəlliflərindən olan Baylor Təbabət Kollecinin (Hyuston, Texas) dosenti Səlim Virani bildirib.
Ürək-damar xəstəlikləri koronavirusa yoluxan xəstələr üçün ən ciddi risq amillərindəndir. Belə ki, tədqiqatlara əsasən, ürək və damar xəstəlikləri COVID-19-da ölüm ehtimalını 4 dəfədən çox artırır. Bu da koronavirus ürək hüceyrələrinə sızaraq çoxalır, ürəyin fəaliyyətini əngəlləyir.
Son iki ilə ərzində ürək və damar xəstəliklərindən ölənlərin sayı 2010-cu ilə nisbətən 17.1 faiz çox olub. Son bir ildə isə dünyada bu cür xəstəlik halları 26,6 faiz artım göstərib. Ekspertlərin qənaətincə, COVID-19-un yaratdığı fəsadlar üzündən bu rəqəm növbəti illərdə daha da arta bilər. \\Report

Tarix: 27 yanvar 2021
Baxış: 316

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş