Koronavirusa qarşı peyvənd vurdurmağa hazırlaşan insan öz qidalanmasında müəyyən dəyişikliklər etməlidir.
Alimlərin sözlərinə görə, bəzi qidaların istehlakı orqanizmdə peyvənddən sonra koronavirusa qarşı lazım olan anticisimlərin sintezini sürətləndirir.
Söhbət zülallarla zəngin olan qidalardan – yumurta, ət, balıq, süd məhsullarından gedir.
Anticisimlər zülaldan ibarət olan struktirlardır və onların sintezi üçün orqanizmə kifayət miqdarda zülal daxil olmalıdır.
Həmçinin mütəxəssislər qeyd ediblər ki, koronavirusdan sağalandan və həmçinin peyvənd vurdurduqdan sonra D vitamininə olan tələbat artır. Mütəxəssislər qidalanmada D vitamini ilə zəngin olan qidaların da miqdarını artırmağı tövsiyə edirlər. Bu qidalar arasında: balıq yağı, treska balığının qaraciyəri, yağlı balıq (forel, siyənək, skumbriya, sardina, tunes və s.), yumurta sarısı, göbələk, süd məhsullarıdır. \\Saglamolun