Xəbər lenti
Reklam
Nə üçün qadınlar kişilərdən daha çox üşüyür?

Kişilərlə müqayisədə qadınlar soyuğa qarşı daha həssas olur, tez-tez üşüyürlər.
Bunun fizioloji səbəbləri var. Bu səbəbləri sizə izah edək.
 

1. Elmi araşdırmaların nəticələrinə görə, qadınların bədən hərarəti kişilərlə müqayisdə bir qədər yüksəkdir. Həmçinin menstrual dövrün müxtəlif fazalarında bu hərarət daha da artır (məsələn, ovulyasiyaya yaxın). Bu səbəbdən qadınlar ətrafdakı temperaturun enməsinə qarşı daha həssas olurlar.
2. Qadınların bədənində piyin miqdarı daha çoxdur, əzələlərin isə əksinə daha azdır. İstiliyi piy deyil, əzələlər istehsal edir. Bu səbəbdən qadınlar daha tez üşüyür.
3. Qadınlarda metabolizm kişilərlə müqayisədə daha ləng gedir. Məhz metabolik proseslər zamanı qəbul etdiyimiz qida enerjiyə çevrilir. Metabolizmin nisbətən ləng olması orqanizmi qızdırmağa mane olur. Digər tərəfdən məhz metabolizmin sürətinə görə kişilər daha tez və asan arıqlayır.
4. Qalxanvari vəzi orqanizmin hərarətini normada saxlamağa cavabdehlik edir. Qalvanvari vəzinin funksiyası zəifləyəndə, insan soyuğa qarşı daha həssas olur, tez-tez üşüməyə başlayır. Zob xəstəlikləri qadınlar arasında kişilərlə müqayisdə dəfələrlə çox yayılıb. Bu səbəbdən qadın daim üşüyürsə, qalxanvari vəzini yoxlamağa dəyər. \\Saglamolun  

Tarix: 22 yanvar 2021
Baxış: 338

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş