Sahibkarlar malların adını düzgünlə yazmamaqla istehlakçıları aldadırlar. Marketlərin bəziləri kərə yağı adı altında spred bitki yağları satırlar.
Belə bir bəyanatla Qida təhlükəsizliyi agentliyinin şöbə müdiri Əkbər Əliyev çıxış edib.
“Yağ satılır 4,80 manata və bir şəxs sosial şəbəkələrdə paylaşır ki, AQTA hara baxır bu qiymətə kərə yağı olarmı. Mən özüm həmin şəkli yaxınlaşdırıb baxıb görürəm ki, yağın üzərində yazılıb ki, bitki tərkibli spred yağı. Qiymətin altındakı etiketdə də yazılıb spred yağ. İnsanlar bu məlumatı yayanda, araşdıranda da onu tam dərindən araşdrımalıdırlar. Bitki kərə spredi var, bitki tərkibli yağlar var, marqarinlər var. Bunların fərqini bilmək lazımdır. O məlumatın yayılması bizə çox böyük dəstək oldu. Biz marketlərdə reyd keçirdik və gördük ki, bəzi bizim tanıdığımız marketlərin satıcıları spred yağı əhaliyə kərə yağı adı altında satır”- deyə Əkbər Əliyev bildirib.
Əkbər Əliyevin sözlərinə görə, o AQTA-nın işçilərinə adi geyimdə marketə yaxınlaşıb araşdırmaları barədə göstəriş verib.
“Biz özümüz adi geyimdə yaxınlaşdıq satıcıya və soruşduq ki, bu nə yağdır. Satıcı dediki 4,80 manata kərə yağıdır. Bəzi yağların üzərində stikerlər olur. Həmin qiymət stikerinin üzərinə yazırlar kərə yağı və ya kərəli yağ. Amma məhsulun üzərini oxuyursan görürsən yazılıb bitki tərkibli spred yağı”, – deyə Əkbər Əliyev bildirib.
Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mənsur Piriyevin sözlərinə görə, istehlakçıların yalnış yönləndirilməsi sahibkara sərf edir. Sahibkarlar istehlakçıların məlumatsızlığında instifadə edərək onları aldadırlar.
“Biz istəyirik ki, vətəndaşlar bilsinki vitrində olan sarı donmuş yağ kərə yağı olmaya bilər və 90% kərə yağı deyil. Sahibkar donmuş vəziyyətdə olan 5 dənə kərə yağı qoyur vitrinə. Bu yağların qiyməti isə 15, 20 manat və s ola bilir. Digər yağları da kərə yağı adı altında 3-4 manata satır. Təbii ki, istehlakçı 3-4 manata olan kərə yağını alacaq” – deyə Mənsur Piriyev bildirib.
Onun sözlərinə görə, bu kimi işlərdə vətəndaşlar AQTA –ya kömək etməlidir. Vətəndaşlar bərbad vəziyyəti bir qədər də çətinləşdirməməlidirlər. Biz demirik ki, bitki yağı zərərlidir. Biz istəyirik ki, sadəcə hər şey şəffaf olsun və və vətəndaş aldadılmasın. \\KONKRET