Bədəndəki bu ağrıların səbəbi xolesterin OLA BİLƏR
Xolesterin hüceyrələrin işində rol oynayan, qaraciyər tərəfindən hasil olunan maddədir.
Zərərli qidalanan, az yeyən, az hərəkət edən, ürək-damar problemi olanlarda onun miqdarı kritik həddə çata bilər.
Xolesterinin yüksəlməsi adətən heç bir ciddi xarici əlamət vermir.
Lakin qollar, əllər və ayaqlarda olan qəribə ağrılar damarlarda xolesterinin çox olması və damar içinin piy qalıqları ilə tıxanmasından qaynaqlana bilər.
Əgər ayaqlar və dabanlarınızda küt ağrı, gəzərkən ağrı və çətinlik varsa, o zaman qanda xolesterin analizi vermək lazımdır.
Bu onu göstərir ki, ayaq arterial damarlarında qan zəif axır və damar tıxanması var.
Qanda yüksək xolesterini dieta, natural qidalar və bəzi dərmanlar sala bilər. \\Medicina
Tarix: 07 yanvar 2021
Baxış: 325
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş