Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bir çox xəstəlikdən və viruslardan qoruyan bitki - UD HİNDİnin bilmədiyimiz faydaları

 

Koronavirus pandemiyası dövründə orqanizmin müqavimətini artıran, immuniteti gücləndirən məhsullara maraq daha da artıb. Bu mənada bitkilər, ədviyyatlar da ön sırada gəlir.

Belə məhsullardan biri də ud hindidir. Ud hindi ən güclü təbii immunitet gücləndiricilərdən biri hesab olunur. Ona ən güclü təbii antibiotik də deyilir.

İmmunitet sistemini gücləndirən şəfalı qidalar arasında yer alan ud hindi müntəzəm və düzgün istifadə olunarsa, tənəffüs yolu problemlərindən xərçəngə qədər bir çox xəstəliyin müalicəsində təsirli sayılır.

İmmuniteti gücləndirdiyindən və xəstəliklərə qarşı müqaviməti artırdığından, koronavirusa qarşı da qoruyucu təsirinin olduğu deyilir. Bu gün ən çox qəbul olunan məhsullardan birinə çevrilib.

Asiya mənşəli olan bu bitki oduncaqlı bir quruluşa sahibdir. Ud hindi kosmetika sənayesindən tutmuş bir sıra sahələrdə müxtəlif məqsədlərlə istifadə edilir. Ən çox yağ və toz halında tətbiq olunur. Ud hindi yağı da tozu kimi faydalıdır.

Ud hindi ən güclü antibiotik, antiseptikdir. Bədəndə olan iltihabı və infeksiyaları aradan qaldırmağa kömək edir. Dəridə yanıq, kəsik kimi zədələr, həşərat sancmaları, ekzema kimi dəri xəstəliklərinin müalicəsində müsbət təsir edir.

Boğaz ağrısı üçün faydalıdır. Antioksidant mənbəyi olduğu üçün bədəni toksinlərdən təmizləyərək xərçəng hüceyrələri ilə mübarizə aparır.

Qanı təmizləməklə ürək-damar sağlamlığını da qoruyur. Mədə ağrısı üçün faydalıdır. Öd və böyrək daşlarını əridir.

Qrip və soyuqlamə kimi mövsümi xəstəliklərdə müalicə müddətini sürətləndirir.

Burun tıkanıqlığına faydalıdır və tənəffüs yollarını açır. Stresi azaldır və yorğunluğu aradan qaldırır.

Ən başlıcası, immunitet sistemini gücləndirən və bədən enerjisini artıran ud hindidən viruslara qarşı bu şəkildə istifadə etmək tövsiyə olunur: səhərlər 1 çay qaşığı ud hindi tozunu bala və ya bəhməzə, ya da ilıq suya qatıb boş mədəyə qəbul etmək olar.

Gündə 1 və ya 2 desert qaşığı qəbul edilə bilər. Mütəxəssislər bildirir ki, bu kimi məhsulların dərman kimi qəbul olunduğunu, artıq miqdarın ziyan verə biləcəyini də unutmaq olmaz. \\E-tibb.az

Tarix: 06 yanvar 2021
Baxış: 315

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş