Qəbizlik zamanı bağırsaqların fəaliyyətini yaxşılaşdıran qidaların qəbulunu artırmaq lazımdır. Bir çox hallarda qəbizliyin səbəbi məhz qidalanmada olan pozulmalarıdır ki, düzgün pəhriz insanı bu xoşagəlməz problemdən qurtula bilər.
Qqəbizlik zamanı pəhriz N3 istifadə olunur. Qıdanı gündə 4-6 dəfə qəbul etmək lazımdır.
Beləliklə qəbizlikdən əziyyət çəkənlər hansı qidaları seçməli, hansılardan isə əksinə imtina etməlidir?
1. Təzə və ya bişirilmiş şəkildə tərəvəzlər (kök, çuğundur, kabaçki, pomidor, xiyar, balqabaq, kələm və s.), göyərti (kahı, şüyüd, cəfəri, kərəviz və s.). Kartofun istehlakı azaldılır, soğan, sarımsaq, turp, göbələk qidalanmadan çıxarılır.
2. Meyvələr. Tam dəymiş şirin meyvələr və meyvə quruları (əncir, ərik, qara gavalı, kişmiş). Zoğal və heyva qadağandır.
3. Müxtəlif duru yeməklər, suplar. Əsasən tərəvəzlərdən hazırlanır (borş və s.). Yağlı bulyonlar olmaz.
4. Buğda və ya arpa kəpəyi əlavə olunmuş çörək. Təzə ağ çörək, mayalı və qat-qat xəmirdən hazırlanmış un məmulatları pəhrizdən çıxarılır.
5. Buğda və arpa kəpəyi (salatlara, hazır yeməklərə əlavə etmək, dəmləmə şəklində qəbul etmək olar).
6. Qarabaşaq, yulaf, darı və s. yarmalardan hazırlanmış sıyıqlar. (Düyü və manna sıyıqları olmaz.)
7. Süd məhsulları (kefir, qatıq, kəsmik, xama, pendir).
8. Yağlı olmayan ət növləri. Yağlı ət, konserva, hisə verilmiş məhsullar pəhrizdən çıxarılır.
9. Kərə yağı və bitki yağları. Marqarin, heyvan piyi olmaz.
10. İlıq yumurta (3 dəqiqə qaynatmaq). Qızardılmış və bərk yumurta olmaz.
Həmçinin suyun miqdarını artırmaq lazımdır. Səhər acqarına bal əlavə olunmuş su, axşam kefir və həmçinin ərik, kişmiş, buğda kəpəyi, itburnu dəmləmələri içmək lazımdır.
Tünd çay, təbii qəhvə, kakao içmək olmaz. \\Saglamolun