Xəstəliyin müəyyən edilməsindən sonra təxminən 10 min toyuq məhv edilib
Yaponiyanın Tokuşima əyalətində yerləşən quşçuluq fermalarının birində quş qripi qeydə alınıb. Bu barədə Yaponiyanın “Kyodo” xəbər agentliyi məlumat verib.
Məlumata görə, əyalətin Ava şəhərində xəstəliyin müəyyən edilməsindən sonra təxminən 10 min toyuq məhv edilib. Həmçinin, Yaponiyada noyabr ayından bu günə qədər 12 dəfə quş qripinin müəyyən edildiyi, lakin sonuncusunun aşkar edildiyi qeyd edilib.
Qeyd edək ki, noyabr ayında Kagava əyalətində xəstəliyin yayılması qeydə alınandan sonra Fukuoka, Hyogo, Miyazaki, Nara, Hiroshima, Vakayama, Oita, Okayama, Şiqa və Koçi əyalətlərində də quş qripi xəstəliyi müəyyən edilib. \\AYNA