Koronavirusa yoluxub sağalanlara peyvənd vurulmayacaq - TƏBİB
Yanvar ayından Azərbaycanda ilk dəfə koronavirusa qarşı vaksinasiyaya başlanılır.
Vaksinin kimə, necə vurulması vaksin istehsalçısının tövsiyələrindən asılıdır.
TƏBİB rəsmisi son 6 ayda koronavirusa yoluxub sağalmış şəxslərə birinci mərhələdə vaksin olunmayacağını açıqlayıb.
Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev isə bildirib ki, koronavirusdan sağalan şəxsin yoluxmasından 4-5 ay keçibsə, onun vaksinasiya olunmasına ehtiyac yoxdur:
"Bir çox ölkələrdə koronavirusa yoluxanlar vaksinasiya olunmurlar. Onların vaksinasiyası ikinci mərhələdə düşünülür". \\Medicina
Tarix: 18 dekabr 2020
Baxış: 374
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş