“Demək olar ki, əhalinin böyük əksəriyyəti virusa yoluxub. Əgər 70 faiz yoluxma varsa, kollektiv immunitet yaranacaq”.
Gender.az xəbər verir ki, bu sözləri Redaktor.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, Azərbaycanda artıq kollektiv immunitet formalaşır:
“Vaksinasiya bu problemi tam həll edə bilməyəcək. Çünki virusun 285-dən çox ştampı var. Bunlardan bəziləri çox güclü, bir qismi isə zəif ştamplardır. Vaksin adətən bütün bu ştampların hamısını əhatə etmir. Ona görə də vaksinasiya ilə bağlı problemi tam aradan qaldıra bilməyəcəyik.
Düşünürəm ki, insanlar indi əsasən koronavirusla mübarizə qaydalarına düzgün əməl etməlidir. Məsafə gözlənilməli, əllərin dezinfeksiyasına ciddi əməl olunmalı, tibbi maskadan istifadə edilməlidir. Maska düzgün, tələb olunan qaydada taxılmalı, ağız-burun tam örtülməlidir. Yalnız bu yolla özümüzü qoruya biləcəyik”.