Göz ağrısı koronavirusun başlanğıc əlamətlərindən biridir və xəstəliyin erkən mərhələsini göstərə bilər.
Britaniyanın Anqlia Raskin Universitetinin (ARU) alimləri tərəfindən araşdırılıb.
Həkimlər koronavirus xəstələri arasında sorğu keçirərək, koronavirusun erkən simptomlarının siyahısını hazırlayıb.
Koronavirus xəstələrinin 81 faizi erkən mərhələdə göz problemlərindən narahat olduqlarını qeyd ediblər. Onların 18 faizi fotofobiyadan (işıq həssasiyyəti), 17 faizi qaşıntıdan, 16 faizi gözdəki ağrılardan şikayət edib.
Respondentlərin sözlərinə görə, bu simptomlar iki həftəyə qədər davam edib.
Tədqiqatçılar göz ağrısının COVID-19 simptomları siyahısına daxil edilməsinin vacibliyini vurğlayıblar. Onların fikrincə, göz simptomlarının tədqiqi, COVID-19-un insan orqanizminə girməsinin mümkün yolunu göstərməyə və onun yayılma yollarını izləməyə imkan verir. \\Medicina