DİQQƏT! Koronavirusa yoluxan uşaqlarda hansı əlamətlər üzə çıxır? – Üz və dodaqda göyərmə...
"Yetkin insanlarda qızdırma, öskürək, boğaz ağrısı, halsızlıq kimi simptomlarla hiss olunan koronavirus uşaqlarda fərqli formalarda da təzahür edə bilər".
Gender.az xəbər verir ki, bunu türkiyəli pediatr Ayşə Çoban bildirib. Mütəxəssis uşaqlarda müşahidə olunan koronavirus xəstəliyi barədə danışıb:
"Uşaqlar koronavirusa yoluxanda əsasən onlarda sürətli nəfəsalma, sinə ağrısı, tez-tez yuxulama, üz və dodaqda göyərmə, qarın ağrısı kimi hallar olur. Xəstəliyi ağır keçirən uşaqlarda anoreksiya, burun axıntısı, ürək bulanması-qusma, dəri səpgiləri kimi spesifik olmayan problemlər yarana biər".
Pediatr koronavirusa yoluxub südverən analara da tövsiyə verib:
"Koronavirusa yoluxub südverən analar övladlarını bu imkandan məhrum etməsinlər. Yəni uşağı əmizdirən zaman ona süd vasitəsi ilə xəstəlik keçmir və bunun əksinə olaraq süd vücudu daha da gücləndirir.
Uşaqlar xəstəliyi zəif keçirsə də hələ ki, onları qoruya biləcək hansısa vaksin yoxdur. Bu baxımdan valideynlər uşaqların gigiyenasına maksimum diqqət yetirməlidir". /Sfera.az