Koronavirus xəstələrinə ÇOX VACİB TÖVSİYƏ – Pnevmoniyadan qorunmaq üçün...
Koronavirus xəstələri qarın üstə uzanmalıdır. Bu vəziyətdə ağır pnevmoniyanın inkişafı riski azalır.
Bu haqda öz Instagram hesabında rusiyalı həkim-infeksionist Anna Qorbunova (Анна Горбунова) məlumat verib.
Həkim bildirib ki, koronavirus zamanı xüsusilə ağciyərin aşağı payları zədələnir. Xəstə günün çox hissəsini bel üstə uzanarsa, bu patoloji proseslərin daha da artmasına səbəb olacaq. Bel üstə uzanan insanın ağciyəri, xüsusilə ağciyərin aşağı payları zəif işləyir, ödem artır, oksigenin orqanizmə daxil olunması zəifləyir. Əksinə isə qarın üstə uzananda ağciyər daha fəal işləyir, ödem və iltihab azalır.
Həkim bildirib ki, koronavirus xəstələri kəskin dövrdə gün ərzində daha çox qarın üstə uzanmalı, nəfəsalma gimnastikasını etməli və 2 l qədər maye qəbul etməlidir. Bu ağciyəri ağır patoloji proseslərin inkişafından qoruyacaq. \\Saglamolun
Tarix: 07 dekabr 2020
Baxış: 392
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş