Alman həkimlər koronavirusun dərmanını tapdı – Hamıya əlçatan və ucuz
Nəhayət, Almaniyada koronavirusun dərmanı tapılıb.
Almaniya Səhiyə Nazirliyinin məlumatına görə, koronavirus səbəbilə ölənlərin cəsədlərinin yarılmasından sonra bir çox sirlərin üstü açılıb.
Sfera.az-ın məlumatına görə, Almaniyalı həkimlər Ümumdünya Səhiyyə Təşkilatının təkidlə koronavirusdan dünyasını dəyişən insanları yarmamağı tələb etməsinə rəğmən belə bir addım atıb. Məhz bundan sonra aşkarlanıb ki, bu virus yox, ölümə səbəb olan bakteriyadır.
Həmin bakteriya qan laxtalanması yaradaraq xəstənin ölümünə səbəb olur. Dünyanı lərzəyə gətirən bu xəstəlik, əslində geniş yayılmış damardaxili laxtalanmadan başqa bir şey deyilmiş.
Müalicəyə gəlincə isə üsullar çox sadədir. Koronavirusla mübarizə üsulu, daha doğrusu, onun müalicəsi antibiotiklər, iltihaba qarşı dərmanlar və antikoagulyantlardan istifadədədir. İlk növbədə isə aspirin daha təsirli hesab edilir.
Tarix: 02 dekabr 2020
Baxış: 519
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş