Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İy və dadbilmənin olmaması şübhələnməyə əsas verir- Həkimdən XƏBƏRDARLIQ!
 
Bütün yaş qruplarında koronavirusa yoluxma halları olur. Yaşından asılı olmayaraq hamı yoluxma üçün risk qrupundadır.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, ölüm halları daha çox yaşlı, xroniki xəstəliyi olanlar, gec müraciət edib, uzun müddət xəstəxanada yatanlar arasında olur: "İy və dadbilmənin olmaması şübhələnməyə əsas verir ki, həmin şəxs koronavirusa yoluxub. Ola bilsin ki, həmin adamlarda qızdırma bir gün olsun, sonra olmasın. Qızdırma olmadan iy və dadbilmə itibsə, həmin şəxs mütləq koronavirus testindən keçməlidir. Çünki onlar daha çox risk qrupuna aiddir".
Həkim deyib ki, havanın soyuması ilə əlaqədar koronavirusa yoluxma sayı arta bilər. Son günlərdə hava soyuq keçir, qapalı məkanlardan istifadə sıxlığı daha da artacaq: "İndi insanlar bir-biri ilə açıq havada görüşmürlər və məsafə nə qədər daralırsa, virusun ötürülmə riski, faizi bir o qədər yüksəlir".
V.Əliyev qeyd edib ki, hazırkı durum heç də yaxşı deyil: "Testlərin sayı artırıldığı zaman yoluxma sayı da bir o qədər  çox olur. Bəzən yoluxma  sayının az olduğunu görürük, amma həmin günlərdə test sayı daha aşağı olur. Testlərin təxminən 10 faizi pozitiv çıxır. Test sayı 10 min olanda yoluxma sayı 1000, 12 min olanda təxminən 1200 olur. Yəni, test sayı nə qədər artarsa, testin pozitiv çıxması o qədər yüksəkdir. Havaların soyuması, xəstələrin çoxluğunu nəzərə alaraq yoluxma hallarının artacağanı düşünürəm".
Mütəxəssis onu da bildirib ki, Azərbaycanın müharibəni qalibiyyətlə başa vurması yaxşı xəbərdir: "İnsanların diqqəti ön cəbhədən daha çox arxa cəbhəyə yönələcək. İstər yaralılara baş çəkilməsi, istərsə də şəhid olanların dəfn mərasimləri insanların yığışması üçün bir səbəb olacaq. Burada da insanlar kütləvi halda toplaşdıqlarına görə COVID-li insanların bu cür mərasimlərə gəlməmələri tövsiyə olunur. Ən azından bunu gizlətməməli və insanlara bildirməlidirlər. Bəzən insanlar yaxşılıq etmək istədiyini düşündüyü zaman neçə insanı yoluxdura bilər. Ona görə xəstə insanlar evdən çölə çıxmamalıdırlar. Bu cür torplanışlara görə xəstəliyə yoluxma sayı yenidən artıma doğru gedə bilər". \\E-tibb.az
Tarix: 28 noyabr 2020
Baxış: 335

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş