Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Ağızda acı dad bu pozulmadan XƏBƏR VERİR


Yeməkdən sonra ağızda qalan acı dad reflüks xəstəliyinin ilkin göstəricisi ola bilər.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası xəbər verir ki, reflüks xəstəliyi stress, bəzi qrup dərman preparatlarının qəbulu və ya hamiləlik zamanı meydana çıxan müvəqqəti narahatlıqdır. Lakin bu problem bəzən xronik hal da ala bilir.

 
Reflüks nədir? Normada qida borusunun mədəyə keçid nöqtəsində qapaq mexanizmi mövcud olur və qida mədəyə daxil olan zaman bu qapaq açılır. Mədənin dolu olduğu zaman isə qapaq qapanaraq qidanın və mədə mötəviyyatının geri qayıtmasına imkan vermir. Bu qapağa qida borusu və mədəni ayıran qapaq deyilir. Qapaq mexanizminin yetərsizliyi mədənin turş möhtəviyyatı qida borusuna keçir və onu zədələyərək iltihab törədir ki, bu da qastroezofageal reflüks xəstəliyi (QERX) adlanır.

Reflüks təhlükəli xəstəlikdir. Mədədən qida borusuna düşən kütlə qida borusunun divarlarını yandırır, qida borusu xərçənginin riskini artırır.  

Problemin aradan qaldırılması üçün dərmanlardan istifadə əvəzinə turşuluğu artıran qidalardan çəkinmək daha effektiv nəticələr verir. Bunlara yağlı, ədviyyatlı, qızardılmış, pomidor, portağal və bu kimi bir sıra qidalar aiddir. \\Azertag

Tarix: 24 noyabr 2020
Baxış: 396

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş