Rusiyada hazırlanan COVID-19 peyvəndi 100 faiz müsbət nəticə verdi
“Vektor” mərkəzi tərəfindən koronavirus peyvəndi vurulan könüllülərin 100 faizində koronavirusa qarşı anticisimlər formalaşıb.
Bu barədə Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzindən məlumat verilib.
“Klinik tədqiqatlar göstərir ki, “EpiVacCorona” peyvəndi ilə immunizasiya olunan könüllülərin 100 faizində anticisimlər aşkar edilib” - deyə mərkəzdən bildirilib.
Məlumatda həmçinin qeyd olunur ki, “Vektor” peyvəndi vurulan insanlarda ciddi yan təsirlər müşahidə edilməyib.
Bununla belə mütəxəssislər bildirib ki, vaksinin qoruyucu effektivliyinin tam qiymətləndirilməsi yalnız qeydiyyatdan sonrakı tədqiqatların ilkin və ya yekun nəticələri ümumiləşdirildikdən sonra verilə bilər. \\Modern
Tarix: 20 noyabr 2020
Baxış: 383
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş