Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Təzyiq ölçən aparatı olmadan yüksək və aşağı təzyiqi necə təyin etmək olar? SİMPTOMLAR

 

Həkimlər 30 yaşdan sonra arterial təzyiqi müntəzəm olaraq ölçməyi tövsiyə edirlər. Hipertoniyanı vaxtında aşkar etməyə yardım edir.

Təəssüf ki, bəzən hipertoniya simptomsuz inkişaf edir və diaqnoz qoyulana və müalicə başlayana qədər yüksək təzyiq orqanizmdə müxtəlif pozulmaların inkişafına səbəb olur.   

 

Bir çox evlərdə, iş yerlərində təzyiq ölçən aparatlar var. Lakin aparat olmadıqda da bəzi simptomlara görə təzyiqin qalxması və ya düşməsini təyin etmək mümkündür.

Yüksək təzyiqin ən yayılmış simptomları:

- gicgahlarda sıxıcı və ya nəbz kimi vuran güclü ağrı

- üzün qızarması

- nəbzin artması

- səbəbsiz narahatçılıq hissi, oyanıqlıq

- qulaqlarda küy

- burun qanaxması

- ürəkbulanması və təkrarlanan qusma.

Aşağı təzyqin ən yayılmış simptomları:

- ənsə nahiyəsində sıxıcı ağrı

- başgicəllənməsi

- nəbizn zəifləməsi

- güclü zəiflik, yorğunluq, yuxululuq

- solğun dəri

- ürəkbulanması (qusma olmur, nadir hallarda 1 dəfə olur).

Nəzərinizə çatdıraq ki, bir çox hallarda yüksək təzyiq özünü heç bir simptomla büruzə verməyə bilər. Məhz bu səbəbdən mütəxəssislər hipertoniyanı “lal qatil” adlandırırlar. \\Saglamolun

Tarix: 18 noyabr 2020
Baxış: 344

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş