Azərbaycanda koronavirusa yoluxma sayında kəskin artım, 19 nəfər vəfat etdi – Foto
Azərbaycanda koronavirusa (COVID-19) 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gender.az-a verilən məlumata görə, 19 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 18 434 nəfərdir. Ölkədə son sutka ərzində 13 325, hazırkı dövrədək isə 1 502 707 test aparılıb.
Ümumi ölənlərin sayı 946 nəfərdir.
Ümumi yoluxanların sayı 73 429 nəfər, ümumi sağalanların sayı 54 049 nəfərdir.
Tarix: 14 noyabr 2020
Baxış: 312
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş