Xəbər lenti
Reklam
Vitaminlərin çatışmazlığına işarə edən SİMPTOMLAR

 

Vitaminlərin orqanizmdə rolu olduqca böyükdür. Bu səbəbdən onların defisiti müxtəlif pozulmaların  inkişafına səbəb olur.

Soyuq fəsillərdə hipovitaminoz xüsusilə təhlükəlidir ki, bu zaman immun sistemi zəifləyir və insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır.

 

Rusiyalı immunoloq Anna Şulyayevanın sözlərinə görə, vitaminlərin çatışmazlığını ilk növbədə xarici görünüşümüz ələ verir.

“Solğun və səpkilərə meylli olan dəri, quru və zəif saçlar, tez-tez qırılan, soyulan dırnaqlar – bütün bunlar vitamin çatışmazlığına işarə edir”, həkim bildirib.

Bundan əlavə zəiflik, səbəbsiz yorğunluq, süstlük da vitaminlərin defisitinə işarə edən simptomlardandır. Hipovitaminozdan əziyyət çəkən insan səhərlər çətinliklə durur, gün ərzində yuxulu olur.

Həkim Şulyayeva bildirib ki, bu simptomları olan insan qidalanmasına fikir verməlidir. Həkimlə məsləhətləşdikdən sonra vitamin kompleksini qəbul etmək olar. \\Saglamolun

Tarix: 09 noyabr 2020
Baxış: 323

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş