Avokadonun tərkibində bir çox faydalı mineral mövcuddur. Bu səbəbdən də dietoloqlar hamının qida rasionuna bu faydalı meyvəni daxil etməyi məsləhət bilirlər.
Gender.az xəbər verir ki, əgər sizin bu meyvəyə heç bir allergiyanız yoxdursa, onda istənilən miqdarda istifadə edə bilərsiniz.
Avokadonun tərkibində faydalı yağlar çoxdur. Bu yağlar orqanizmdə olan mikroelementlərin balansının qorunmasına kömək edir. Bu maddələr ürək-damar xəstəliklərinin əmələ gəlməsi riskini azaldır. Həmçinin, insultun və ürək tutmasının proflaktikasında da avokado əhəmiyyətli rol oynayır.
Meyvənin tərkibindəki yağlar eyni zamanda qanda olan xolesterinin miqdarını normada saxlayır. Avokado insanı uzun müddət tox saxladığı üçün pəhriz zamanı da istifadə etmək tövsiyə olunur.
Bu meyvə metabolizmi və qida maddələrinin orqanizmə sovrulmasını sürətləndirir.
Bundan əlavə, avokado ağrıkəsici kimi də təsir edir.
Avakadonun özü kimi toxumu da çox faydalıdır. Lakin biz onu istifadə edərkən, düşünmədən toxumunu atırıq. Amma bu toxumların orqanizmə faydalı xüsusiyyətlərindən istifadə etmək olar.
Avokado toxumlarından necə istifadə etmək olar?
Əvvəlcə avokado toxumunun qəhvəyi rəngli qabığını soyun. Daha sonra toxumu sürtgəcdən və ya blenderdən keçirərək toz halına salın.
Əldə olunan tozu salatlara, yeməklərə, hətta meyvə şirəsinin içinə 1 qaşıq əlavə edə bilərsiniz.
Avakado toxumunun tozu immuniteti artırır, çəkini azaldır, dərini təmizləyir, qanda olan xolesterinin səviyyəsini aşağı salır, xərçəngin qarşısını alır, iltihabı azaldır, təzyiqi aşağı salır, mədə-bağırsaq problemlərini aradan qaldırır, yaşlanmağı zəiflədir.
Bütün bu faydaları nəzərə alaraq, bu möcüzəvi meyvədən istifadə edərkən onun tumunu atmayın. Özü qədər tumu da faydalı olan bu meyvədən tez-tez istifadə etmək məsləhətdir. \\Medicina.az