Seçenov Universitetinin ilk prorektoru tibb elmləri doktoru professor Andrey Svistunovun sözlərinə görə, qanda sinkin aşağı səviyyədə olması koronavirusun ağır gedişatının riskini xeyli artırır.
Və əksinə bu mikroelementin normal konsentrasiyası zamanı xəstələr kovidi daha yüngül keçirirlər.
Sink güclü virus əleyhinə təsirə malikdir, virusun hüceyrədə çoxalmasını dəf edir. Bundan əlavə sink immuniteti gücləndirir.
Professor Svistunov bildirib ki, sinkin defisiti yayılmış problemdir.
Sinkin defisitinə işarə edən simptomlar bunlardır:
- tez-tez təkrarlanan soyuqdymə və infeksion xəstəliklər
- saçların zəiflənməsi və tökülməsi
- dərinin quru olması, qaşınması, qabıqvermə, sızanaqlar
- diqqətin pozulması
- iy və dadbilmənin pozulması
- çəkinin səbəbsiz azalması
- yaraların uzun müddət ərzində sağalmaması
- həyacanlılıq
- iştahanın pozulması
- ishal
- mədənin fəaliyyətində problemlər
- kişilərdə fertilliyinin azalması.
Sinkin defisiti qan və saçların analizi ilə müəyyən olunur.
Sinklə zəngin olan qidalar: qırmızı ət, toyuq əti, yumurta, yarmalar, noxud, keşyu, badam, lobya.
Sinkin kəskin defisiti zamanı həkim əlavə sink preparatlarını təyin edə bilər. \\Saglamolun
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: